"Mançester Siti" Uruqvay klubu ilə əməkdaşlıq edəcək

"Mançester Siti" Uruqvay klubu ilə əməkdaşlıq edəcək
23:57 5 Aprel 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" Uruqvayın "Atletiko Torqu" klubu ilə əməkdaşlıq edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, tərəflər 10 il müddətinə anlaşıb. "Siti" Latın amerikası klubları ilə əməkdaşlıq variantlarını götür-qoy edəndən sonra paytaxt Montevideonu təmsil edən klub üzərində dayanıb. 2007-ci ilin dekabrında təsis olunan "Atletiko Torqu" Uruqvay çempionatının 2-ci dəstəsində mübarizə aparır. Mançester təmsilçisinin skautları tərəfindən seçilən istedadlı cənubi amerikalı futbolçular burda "emal olunandan" sonra Avropa klublarına satılacaq. "City Football Group" konqlomeratına ABŞ, Avstraliya və Yaponiyadan da klublar daxil olub. Bu birliyi "City"nin sahibi Şeyx Mənsur idarə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR