Şou-biznesin zövqsüz müğənniləri kimlərdir? - SİYAHI

Şou-biznesin zövqsüz müğənniləri kimlərdir? - SİYAHI
23:57 5 Aprel 2017
674 Şou
Ölkə mətbuatı
A- A+

Stilist Samiraldo Azərbaycan şou-biznesinin zövqsüz geyinən xanım sənətçilərinin adını açıqlayıb. Milli.Az bildirir ki, "APA TV"-nin "Show time" verilişinə qonaq olan imic ustası belə deyib: "Zövqsüzlər çoxdur. İndi mən onların adını çəkim, onlar da gündəmə gəlsinlər? O gün məclislərin birində idim, gördüm ki, aşıq Telli Borçalı mənə sifət eləyir, əli ilə mən "kül başına" elədi. Maraqlandım ki, bu nə məsələdir? Dedi ki, Samiraldo hər yerdə məni tənqid edir. Əgər Samiraldo Telli Borçalını hiss edirsə, o, dünyanın xoşbəxti olmalıdır. Bu nə saç, bu nə geyimdir?"

Stilist bildirib ki, müğənni Şəbnəm Tovuzlu da zövqsüzlər sırasındadır: "O qadın qəşəng oxuya bilər. Amma mən fikirləşirəm ki, səhnədə səhnə geyimi geyinməlisən".

O, bildirib ki, müğənni Damla da zövqsüzlər sırasındadır: "Məsələn, Damlanın özü də zövqsüz geyinir. Dəfələrlə onun özünə də demişəm ki, sənin geyim zövqün yoxdur".

İmic ustası onu da qeyd edib ki, xalq artisti Aygün Kazımova da yaxşı geyinmir: "Aygün Kazımovada isə köklüyü ilə bağlı kompleksi var. Depressiyadadır, yəni o qədər də istədiyi geyimləri geyinə bilmir".

Samiraldo şou-biznesin zövqlü geyinən müğənnilərinin adlarını açıqlayıb: "Günay İbrahimli, Röya Ayxan, Natavan Həbibi, Brilliant Dadaşova". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR