Yaponiya mağazaları bitkoin qəbul etməyə başlayacaq

Yaponiya mağazaları bitkoin qəbul etməyə başlayacaq
00:05 6 Aprel 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaponiyanın iri elektronika mağazası şəbəkələrindən olan Big Camera aprelin 7-dən bitkoin qəbul etməyə başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkət ödəniş sistemini hazırlamağa kömək edən "bitflyer" bitkoin birjası ilə əməkdaşlıq haqqında müqavilə bağlayıb. İlk mərhələdə alıcılar Tokionun Yurakut və Sindzyuk rayonlarında yerləşən iki hipermarketdə bitkoinlə alış-veriş edəcəklər. Hələlik 100 min yen məbləğində (900 dollardan bir qədər çox) ödəniş etmək mümkün olacaq.

Qeyd edək ki, aprelin 1-də Yaponiyada bitkoin və kriptovalyutanın qanuni ödəniş vasitəsi statusu alması ilə bağlı qanun qüvvəyə minib. Audit standartları üzrə Yaponiya Şurası kriptovalyutanın tədavülü üçün şərtlər toplusu hazırlamağı planlaşdırır. Sənədin hazırlanması üçün altı ay vaxt sərf olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/532476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR