"Mançester Siti" də "Çelsi" ilə bacarmadı -

İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun mərkəzi matçında "Çelsi" "Mançester Siti"ni qəbul edib. Oyunda hesabı ev sahibləri açıb. 10-cu dəqiqədə Eden Azar fərqlənib. "Mançester Siti"nin cavabı gecikməyib. Serxio Aquero topu "zadəganlar"ın qapısından keçirib. 35-ci dəqiqədə "Çelsi" növbəti dəfə hesabı öz xeyrinə dəyişib. Azar penaltini dəqiq yerinə yetirə bilməsə də, qapıçı Kabayerodan qayıdan topa hamıdan tez yetişib. Geridə qalan dəqiqələr ərzində matçda başqa qol olmayıb.

Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan "Çelsi" liderliyini möhkəmləndirib.

İngiltərə Premyer Liqası

31-ci tur

"Çelsi" - "Mançester Siti" - 2:1

Qollar: Azar, 10; 35 - Aquero, 26

Aktivində 72 xalı olan "Çelsi" ən yaxın izləyicisi "Tottenhem"i 7 xal qabaqlayır. "Mançester Siti" isə liderdən 14 xal geri qalır.

Oyunun icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR