Şəmkirdə qadın özünü yandırıb

Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb.

Hadisə bu gün günorta saatlarında Şəmkir şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR