Həştərxanda Milli Qvardiyaçılara hücum: 3 yaralı

Həştərxanda Milli Qvardiyaçılara hücum: 3 yaralı
05:04 6 Aprel 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Həştərxan şəhərində naməlum şəxslər Rusiya Milli Qvardiyasının əsgərlərinə hücum edib.

 

APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 milli qvardiyaçı yaralanıb, silahlılardan biri məhv edilib.

 

“Hərbçilər yoxlama üçün avtomobili saxlamaq istəyiblər, bu an maşının salonunda olan şəxslər atəş açıblar. Cavab atəşi ilə silahlılardan biri zərərsizləşdirilib, digər üç nəfər hadisə yerindən qaçıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Üç milli qvardiyaçı yaralanaraq  xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”,  deyə Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İdarəsindən bildiriblər.

 

“İnterfaks” agentliyinin məlumatına görə, İdarənin mətbuat xidmətinin rəhbəri Pyotr Rusanov bildirib ki, Milli Qvardiyanın əsgərlərinə hücum edənlər bundan əvvəl Həştərxanda iki polis əməkdaşını qətlə yetirən şəxslər olub.

 

Xatırladaq ki, aprelin 4-ə keçən gecə Həştərxan şəhərində 2 polis əməkdaşı qətlə yetirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR