PKK əleyhinə əməliyyatda 8 terrorçu öldürüldü - Hakkaridə

PKK əleyhinə əməliyyatda 8 terrorçu öldürüldü - Hakkaridə
05:59 6 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

PKK terrorçuları Türkiyənin Hakkari vilayətində təhlükəsizlik qüvvələrinə hücum edib.

 

"Report"un məlumatına görə, bu barədə "Habertürk" Hakkari vilayətinin rəhbərliyinə istinadən xəbər verib. Xəbərdə bildirilir ki, hadisə vilayətin Çukurca rayonunda baş verib. PKK terrorçularının hücumunun qarşısı alınması məqsədilə F-16 hərbi təyyarələrindən, Pilotsuz Uçan Aparatdan (PUA) istifadə edilib. Əməliyyat zamanı PUA tərəfindən 8 terrorçu məhv edilib, həmçinin 1 türk əsgəri də yaralanıb.

 

Yaralı Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib. Onun yüngül yaralandığı, həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR