“Huawei” gəlirlərini 32% artırıb

“Huawei” gəlirlərini 32% artırıb
07:32 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Çinin məşhur "Huawei" şirkəti 2016-cı maliyyə ilinin nəticələri ilə bağlı hesabatını dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət hər bir bölmə üzrə maliyyə göstəricilərinin artımına nail olub.
 
"Huawei"in gəlirləri bir ildə 32 faiz artaraq 75,1 milyard dollar təşkil edib. Xalis mənfəəti cəmi 0,4 faiz artaraq 37,1 milyard dollar olub. Şirkətin elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə (Research and Development, R&D) ümumilikdə yatırdığı investisiyaların həcmi 11 milyard dolları keçib.
 
"Huawei Carrier BG" bölməsinin göstəriciləri 24 faiz artaraq şirkətə 41,8 milyard dollar gəlir gətirib. "Huawei Enterprise BG" bölməsi 5,9 milyard dollar gəlir gətirib ki, bu da ötən ilin göstəricilərindən 47 faiz çoxdur.
 
"Huawei Consumer BG" bölməsi ötən il 139 milyon smartfon realizə edib və gəlirlərini 44 faiz artıraraq 25,9 milyard dollar qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/531948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR