“Android” istifadəçilərinin sayı “Windows”u ötdü

“Android” istifadəçilərinin sayı “Windows”u ötdü
08:05 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Android" əməliyyat sistemi istifadəçilərinin internetdə fəallığı tarixdə ilk dəfə olaraq "Windows" istifadəçilərinin fəallığını üstələyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ötən ay əməliyyat sistemləri bazarında dönüş baş verib. "StatCounter" şirkətinin məlumatına əsasən internet trafikinin 37,93 faizi "Android"in payına düşüb. "Windows" əməliyyat sisteminin payı 37,81 faiz olub.
 
Bu məlumatlar mobil cihazlara keçid tendensiyasından xəbər verir və aradakı fərq daha da artacaq.
 
iOS və macOS əməliyyat sistemlərinin payı isə müvafiq olaraq 13,09 və 5,17 faiz təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/531950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR