Tapılan əşyanın sahibini tanımırıqsa bu əşya bizə halaldırmı?

Tapılan əşyanın sahibini tanımırıqsa bu əşya bizə halaldırmı?
08:17 6 Aprel 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəziləri deyirlər ki, tapdığın əşyanın sahibini tanımırsansa, o əşya sənə halaldır. Bu fikir doğrudurmu?

Tapılan əşyanın hökmünün incəlikləri çoxdur. Ümumiləşdirilmiş şəkildə bunu deyə bilərik ki, əgər malın nişanələrindən sahibini tapmaq mümkündürsə, tapıb malı ona qaytarmaq lazımdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər sahibini tapmaq adi yolla mümkün deyilsə, malı ya şəriət hakiminə təhvil vermək, ya da sahibinin adından fəqirə sədəqə vermək lazımdır. Yaxud da insan həmin malı özündə saxlayıb bir il ərzində mütəmadi olaraq camaat içində elan etməlidir. Bir ildən sonra sahibi tapılmasa o malı özünə götürə bilər, amma bir ildən sonra sahibi gəlib-çıxsa və malını tələb etsə gərək qaytarsın. Bir ilin ərzində mal tələf olsa (onu tapanın səhlənkarlığı üzündən) gərək əvəzini versin. Əgər sahibinin adından malı sədəqə versə və sahibi tapılandan sonra buna razı olmayıb malını geri istəsə, gərək əvəzini versin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR