Somalidə iki nazirlik binası qarşısında partlayış: 6 ölü, 10 yaralı

Somalidə iki nazirlik binası qarşısında partlayış: 6 ölü, 10 yaralı
08:17 6 Aprel 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Somalidə baş vermiş partlayışda azı 6 nəfər həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə paytaxt Moqadişoda, Şanqan rayonunda, iki nazirlik binasının yaxınlığında qeydə alınıb. 

Avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 10 nəfər xəsarət alıb. Partladılmış avtomobilin qarşısında İdman Nazirliyi, həmçinin yaxınlıqda Milli Təhlükəsizlik Nazirliyinin binası yerləşir.

Partlayışın hansı qruplaşma tərəfindən həyata keçirildiyi açıqlanmır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR