“Apple” “Samsung”dan əyilən displey alacaq

“Apple” “Samsung”dan əyilən displey alacaq
08:22 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Apple" korporasiyası bazardakı rəqiblərindən olan "Samsung"dan böyük partiya əyilən OLED-displeylər sifariş edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni "iPhone 8" smartfonlarında 70 milyon ədəd ekran istifadə olunacaq.
 
Məlumdur ki, əyilən texnologiya "Apple"ın növbəti seriya məhsullarında istifadə ediləcək. 2017-ci ilin sonuna qədər Cənubi Koreya şirkəti 90 milyon ədəddən çox displey tədarük etməyi planlaşdırır. İstisna deyil ki, "iPhone 8"in bütün üz paneli ekranla əhatə olunacaq.
 
Qeyd edək ki, istehsalçılar arasında əyilən displey texnologiyasını ilk dəfə məhz "Samsung" sınaqdan keçirib. Bu, korporasiyanın əsas rəqibi olan "Apple" ilə ilk belə irimiqyaslı razılaşmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/531953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR