Kolumbiyada daşqınlar: ölənlərin sayı 301-ə çatıb - YENİLƏNİB

Kolumbiyada daşqınlar: ölənlərin sayı 301-ə çatıb - YENİLƏNİB
08:42 6 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

08:38

Kolumbiyanın Mokoa bələdiyyəsində (Putumayo departamenti) baş verən daşqınlar nəticəsində ölənlərin sayı 301-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl 293 nəfərin öldüyü bildirilirdi.

Həlak olan 301 nəfərin yalnız 173-nün kimliyi müəyyənləşdirilib.

06:30

Kolumbiyanın Mokoa bələdiyyəsində (Putumayo departamenti) baş verən daşqınlardan sonra 314 nəfər itkin düşmüş sayılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kolumbiyanın prezidenti Xuan Manuel Santos deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 293 nəfər həlak olub, 332 nəfərə qədər insan xəsarət alıb, 2,7 minə yaxın insan isə müvəqqəti sığınacaqlarda yerləşdirilib.

EFE agentliyinin məlumatına görə, itkin düşənlərin arasında 8 xarici vətəndaş olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR