İranda zəlzələ: 34 yaralı

İranda zəlzələ: 34 yaralı
08:47 6 Aprel 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

İranın şimal-şərqində Xorasan-Rezavi əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,   bir nəfərin öldüyü bildirilir. Bundan əvvəl, 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, aprelin 5-i səhər saatlarında baş verən 6,1 bal gücündə olan zəlzələnin episentri Məşhəd şəhərindən 94 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Məlumatda deyilir ki, aprelin 5-i axşam saatlarında Xorasan-Rezavi əyalətində daha bir 4,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR