Həştərxanda Rusiya Qvardiyasının əməkdaşları atəşə tutulub: yaralılar var

Həştərxanda Rusiya Qvardiyasının əməkdaşları atəşə tutulub: yaralılar var
08:52 6 Aprel 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum şəxslər hüquq-mühafizə orqanlarının Həştərxanda öldürülmüş iki polis əməkdaşının qatillərinin axtarışı zamanı Rusiya Qvardiyasının 3 əməkdaşına avtomobildən atəş açıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Həştərxanda öldürülmüş polis əməkdaşlarının qatilləri saxlanılması ilə əlaqədar həyata keçirilən operativ-axtarış tədbirləri çərçivəsində şəhərin bir sıra yerlərində polis postları qurulub. Lenin rayonundakı postlardan birində Rusiya Qvardiyasının əməkdaşlarınaa açılmış atəş nəticəsində qvardiyanın 3 əməkdaşı yaralanıb.
İlkin ehtimala görə, hücum edənlər də 3 nəfər olub. Onlardan biri atışma zamanı öldürülüb.
Mənbə həmin şəxslərin polis əməkdaşlarını qətlə yetirmiş qatillər olduğunu istisna etməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR