Bakıda 40 yaşlı kişi bıçaqlandı

Bakıda 40 yaşlı kişi bıçaqlandı
08:53 6 Aprel 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, usta kimi çalışan 1977-ci il təvəllüdlü Sadıqov Elşən Telman oğlu ilə Maştağa qəsəbəsindəki evlərdən birində təmir işləri apararkən onunla ev sahibi arasında mübahisə yaranıb. Mübahisə dava ilə və E.Sadıqovun bıçaq xəsarəti alması ilə nəticələnib.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR