Kontakt linzalarda dəstəmaz almaq olarmı?

Kontakt linzalarda dəstəmaz almaq olarmı?
09:05 6 Aprel 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Kontakt linzalarda dəstəmaz almaq olarmı? Bəs buruna vurulmuş pirsinqlə necə?

Dəstəmaz zamanı suyun dəstəmaz üzvlərini tam islatması vacib şərtdir. Sifəti yuyarkən alnın saç bitən yerindən çənəyə kimi, bir qarış enindəki məsafə tam yuyulmalıdır, iynə ucu boyda sahə də quru qalmamalıdır. Buruna vurulmuş pirsinq ətrafda az da olsa sahəni tutur, suyun dərini tam islatmasına mane olur.

Milli.Az islam.az-a istinadən bildirir ki, ona görə də pirsinqlə dəstəmaz almaq olmaz. Amma gözə taxılmış linza ilə dəstəmaz almağın eybi yoxdur. Çünki dəstəmaz zamanı göz bəbəklərini yumaq tələb olunmur. Real halda bu heç mümkün də deyil, çünki su dəyən zaman insan qeyri-iradi olaraq gözlərini yumur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR