"Qalatasaray"ın transfer siyahısı - Kimlər var?

"Qalatasaray"ın transfer siyahısı -   Kimlər var?
09:07 6 Aprel 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Transfer mövsümü yaxınlaşdıqca klubların heyətlərinə qatacaqları futbolçularla bağlı yeni xəbərlər yayılır. Fanat.Az xəbər verir ki, artıq "Qalatasaray"ın baş məşqçisi İqor Tüdorun siyahısında olduğu iddia edilən bəzi futbolçuların adları açıqlanıb.


9 nəfərlik siyahıdakı 3 futbolçu "Mançester Siti"də çıxış edir. Onlar baş məşqçi Pep Qvardiolanın gələcək planlarına daxil deyil və "Qalatasaray" bu futbolçuları heyətinə qatmağa çalışacaq.


Siyahıda yalnız bir yerli futbolçu yer alıb ki, bu da "Beşiktaş"dan Tolqay Aslandı.


Tolqay Aslan (Beşiktaş)

Yaya Ture (Mançester Siti)

Vilfried Boni (Mançester Siti)

Eliaquim Mangala (Mançester Siti)

Sead Kolasinats (Şalke 04)

Emre Mor (Borussiya Dortmund)

Viktor Hüqo (Palmeyras)

Vinsent Yanssen (Tottenhem)

Ante Koriç (Dinamo Zaqreb)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotn-transfer-siyahs-t57368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR