23 min manat qazanmaq istəyirsiz? - İki ay yatmaq lazımdır

23 min manat qazanmaq istəyirsiz? - İki ay yatmaq lazımdır
09:23 6 Aprel 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Fransızlar 13 min avro (23 min manat) qazanmağın asan yolunu təklif edirlər. Həm də elmə fayda verməklə.

Bunun üçün nə işləmək, nə də əziyyət çəkmək lazımdır. Yeganə tələb isə yatmaqdır.

Tuluza Kosmik tibb və fiziologiya institutunun alimləri elm xatirinə qeyri-adi təcrübəyə hazırlaşırlar.

Başqaları qeyd edilən məbləğin az bir hissəsini qazanmaq üçün çalışıb-vuruşduğu günlərdə istəyən şəxs 60 gün ancaq yataqda uzanmalıdır.

Bu yolla fransız alimlər insan bədəninin davamlı çəkisizlikdə göstərdiyi nəticələri müəyyən etməyə çalışacaqlar. Onların ideyasına görə, bu qədər uzun müddət uzanmaq yalançı çəkisizlik effektini stimullaşdırır.

Hələlik təcrübənin nə zaman başlayacağı açıqlanmayıb. (istipress)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/193944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR