Tanınmış müğənni adam öldürüb

Türkiyənin sevilən siması Yıldız Tilbenin adam öldürdüyü iddia edilir.

Metbuat.az xəbər verir ki, bu haqda müğənni Yıldız Tilbeylə müqaviləsi pozulan və ondan şikayətçi olan Avropa Musiqi Şirkətinin rəhbəri Deniz Erdem deyib. O, illər öncə müğənninin adam öldürdüyünü vurğulayıb:

“Yıldız Tilbə bizimlə olan müqaviləsini pozub və pulunu verməyib. Buna görə də evinə icra gedib. Yəldız Tilbə illər öncə avtomobillə adam vurub. Adam öləndən sonra hər şeyi öz sürücüsünün boynuna yüklədi. Sürücü isə pul qarşılığında bu cinayəti boynuna götürdü”.

Rəvan Nasiroğlu



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR