"Qarabağ" "Arsenal"ı, "Qəbələ" "Çelsi"ni keçdi

"Qarabağ" "Arsenal"ı, "Qəbələ" "Çelsi"ni keçdi
09:57 6 Aprel 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəbər verir ki, dünya klublarının reytinq cədvəlində 405 komanda yer alıb.
 Azərbaycan siyahada 2 klubla təmsil olunub. Ötən 142 xalla 77-ci yerdə qərarlaşan "Qarabağ" 22 pillə irəliləyib. Qurban Qurbanovun başçılıq etdiyi komanda indi 155 xalla 55-ci pilləni tutur. "Qarabağ" siyahıda “Arsenal”, “Lester” (hər ikisi İngiltərə), “Portu” (Portuqaliya), “Zenit” (Rusiya), “Lion” (Fransa) kimi böyük klubları qabaşlayır.

"Qəbələ" 27 pillə irəliləyib. Ötən il 116 xalla 124-cü olan "qırmızı-qaralar" hazırda 125 xalla 97-ci yerdə qərarlaşıb. Roman Qriqorçukun başçılıq etdiyi kollektiv bu pilləni "Hayduk" (Xorvatiya), “Şkendiya” (Albaniya), “Rusenborq” (Norveç) və “Əl-Əhli” (İordaniya) ilə bölüşür. "Qəbələ" “Çelsi” (İngiltərə), “Beşiktaş” (Türkiyə) və “Marsel” (Fransa) kimi məşhurları geridə qoyub.
 Siyahıya Kolumbiyanın “Atletiko Nasyonal” klubu başçılıq edir - 383. İspaniya nəhənglərindən “Real” 310 xalla 2-ci, “Barselona” 280 xalla 3-cü yerdədi.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-quotarsenalquot-quotqblquot-quotcelsiquotni-kecdi-t57382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR