45 yaşlı kişi küçədə güllələndi - Beyləqanda

45 yaşlı kişi küçədə güllələndi - Beyləqanda
10:12 6 Aprel 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Beyləqan Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR