Azərbaycan Premyer Liqası - Dünyada 33-cü

Azərbaycan Premyer Liqası - Dünyada 33-cü
10:12 6 Aprel 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü futbol liqalarının siyahısını açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qurum hər il olduğu kimi, yenə çempionatların reytinqini müəyyənləşdirib.

Hər dəfə yanvarda açıqlanan siyahı bu il 3 ay yubanma ilə dərc olunub. 2016-cı ilin yekunlarının əksini tapdığı cədvəldə planetin 80 ən güclü liqası yer alıb.
 
Bu siyahıya Azərbaycan çempionatı da daxil edilib. Premyer Liqamız dünyanın 33-cü çempionatıdı. Liqamızın hesabında 450,5 xal var. Ötən cədvəldə 38-ci olan Azərbaycan çempionatı 1 il əvvəlki ilə müqayisədə 5 addım irəliləyib.
 
Bu, futbolumuz üçün yeni rekorddu. 2014-cü ilin yekunlarının açıqlandığı 2015-ci ilin əvvəlində Premyer Liqa 37-ci yerdə qərarlaşmışdı. Həmin rekord 4 pillə yaxşılaşdırılıb.
 
Buna xal aktivinin artması səbəb olub. Premyer Liqa son bir ildə 5,5 xal qazanıb. Nəticədə çempionatımız Çin, Serbiya, Belarus, Uruqvay kimi nüfuzlu liqaları arxada qoyur.
 
Qeyd edək ki, siyahıda ilk 3 pilləni İspaniya (1277), Kolumbiya (984) və Fransa (938) çempionatları tutur. Türkiyə Superliqası 7 pillə irəliləyərək, 10-cu yerə yüksəlib - 705,5 xal.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR