"Yuventus"un tarixində ilk

"Yuventus"un tarixində ilk
10:22 6 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya Kubokunda daha bir finalçının adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Napoli"ni iki oyunun nəticəsinə görə üstələyən "Yuventus" həlledici qarşılaşmada "Latsio"ya rəqib olub.

İlk matçda 1:3 hesabı ilə yenilən "Napoli" cavab görüşündə minimalhesablı qələbə qazansa da, bu, yetərli olmayıb. Beləliklə, "Yuve" ardıcıl 3-cü dəfə finala vəsiqə əldə edib. Bu isə "qoca sinyora"nın tarixində ilk belə uğurlu göstəricidi.

Ötən iki İtaliya Kubokunun qalibi olan "Yuventus" "Latsio" ilə həlledici görüşü iyunun 2-də keçirəcək.
 
"Napoli" - "Yuventus" - 3:2
Qollar: Hamşik, 53; Mertens, 61; İnsinye, 67 - İquain, 32, 59
İlk oyun - 1:3

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR