İslamı qəbul etmiş Hollivud ulduzu hicabda çimdi - FOTO

İslamı qəbul etmiş Hollivud ulduzu hicabda çimdi - FOTO
10:27 6 Aprel 2017
185 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən qalmaqallı aktrisalarından biri, bu yaxınlarda İslamı qəbul edərək müsəlman olmuş Lindsi Lohan Taylandda istirahət edir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 30 yaşlı Hollivud ulduzu Phuket kurortunda, çimərlikdə olarkən paparassilərin kameralarından yayına bilməyib.

İndiyədək həddən ziyadə açı-saçıq geyimləri, içib sərxoş halda dava salması ilə tanınan Lindsi Lohan İslamı qəbul edəndən sonra Şəriət qaydalarına riayət etməyə çalışır.

Çimərlikdə olarkən Lindsi Lohanın əynində bikini yox, Qərbdə "hicablı xanımların çimərlik geyimi" adlandırılan burkini vardı.

Burkinin müəllifi avstraliyalı dizayner Əhəd Dzanettidir.

Dzanettinin dediyinə görə, burkinin alıcıları arasında yəhudi, hinduist, xristian, mormon qadınların sayı sürətlə artır. Burkini alıcılarının 40 faizi qeyri-müsəlmanlardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/532519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR