"Neftçi" dayandı, "İnter" avrokuboklara vəsiqə qazandı

"Neftçi" dayandı, "İnter" avrokuboklara vəsiqə qazandı
10:37 6 Aprel 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

2017/18 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanan daha bir klub müəyyənləşib. Fanat.Az xəbər verir ki, Bakı "İnter"i qitəmiqyaslı yarışlara vəsiqənin taleyini həll edib.


Buna səbəb "Neftçi"nin Azərbaycan Kubokunun yarımfinalında uduzması olub. "Qarabağ"a ilk oyunda 0:2 hesabı ilə uduzan, cavab matçında qolsuz heç-heçəyə razılaşan "ağ-qaralar" finala çıxa bilməyib.


Həlledici matça "Qarabağ"la "Qəbələ" vəsiqə qazanıb ki, bu komandaların Premyer Liqada ömövsümü ilk "üçlük"də bitirəcəyi dəqiqdi. Bu isə onların avrokuboklara vəsiqəni təmin etməsi deməkdi.


"Neftçi" finala çıxa bilmədiyindən, Premyer Linanın 4-cüsü Avropa Liqasına vəsiqə qazanacaq. "İnter"in ən azı 4-cü pilləni tutacağı rəsmiləşib ki, bu da hazırda AFFA-nın himayəsində olan klubun Avropa Liqasına vəsiqə qazandıı deməkdi.


Qalan bir vəsiqə uğrunda isə 5 komanda - "Zirə", "Sumqayıt", "Neftçi" və "Kəpəz" mübarizə aparır. Həmin vəsiqənin taleyi son 4 turda müəyyənləşəcək.

 

"İnter" avrokuboklara vəsiqəni təmin etsə də, klub bu hüquqdan imtina edə bilər. Buna səbəb klubun maliyyə problemləridi.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-dayand-quotnterquot-avrokuboklara-vsiq-qazand-t57383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR