Yuxusuzluq problemi yaşayanlar, OXUYUN!

Bir çox insan həyatının müəyyən mərhələsində yuxu problemi yaşayıb. Yuxusuzluğa stress, düzgün qidalanmamaq, yaşam tərzi və s. səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, yuxusuzluğa qarşı ən təsirli vasitələrdən biri çobanyastığı çayıdır. Çobanyastığı çayı onun çiçəyindən hazırlanır. Sakitləşdirici və rahatlaşdırıcı təsirə malikdir.

Pəncə otu olaraq tanınan bitki də yuxusuzluğa qarşı yaxşıdır. Stressin müalicəsində, yuxu pozğunluqları və narahatlıq zamanı istifadə edilə bilər.

Maqnoliya ağacının qabığı depressiya, stress, narahatlıq, yuxusuzluq zamanı istifadə edilir. Maqnoliya ağacının qabığı stress hormonu “kortizol” səviyyəsini aşağı salır, əsəbləri sakitləşdirir, insanı rahatlaşdırır və yuxu yaradır. Ancaq bu bitkinin hamilə və uşaq əmizdirən qadınlar tərəfindən istifadəsi məsləhət görülmür.

Pişikotu bitkisi yuxu yaradır. Bitkinin gündəlik istifadə miqdarı 450 mg ilə 900 mg arasındadır. Yatmadan öncə içmək olar. Bu bitkinin kapsul, çay və ya maye formada növləri mövcuddur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR