Rusiyada növbəti dəhşətli PARTLAYIŞ

Rusiyada növbəti dəhşətli PARTLAYIŞ
10:38 6 Aprel 2017
126 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Rostov-Don şəhərinin mərkəzində partlayış baş verib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, məlumat Rusiya Milli Qvardiyasının Şimali Qafqaz dairəsinin mətbuat xidmətindən bildirilib.

Hadisəyə səbəb bir kişinin yerdən götürdüyü və fənərin altında gizlədilən partlayıcı qurğu olub. Fənərin qoşulması nəticəsində partlayış baş verib.

Partlayış nəticəsində kişinin barmağı qopub və qarın boşluğundan yaralanıb. Hadisə baş verən ərazidə yerləşən məktəb bağlanıb, şagirdlər binaya buraxılmır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR