Təhsil naziri məktəbəhazırlıq qrupları ilə bağlı əmr imzaladı

Təhsil naziri məktəbəhazırlıq qrupları ilə bağlı əmr imzaladı
10:39 6 Aprel 2017
162 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən,  Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, aidiyyəti yerli təşkilatlarla birgə 2017-2018-ci dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2012-ci il təvəllüdlü 5 yaşlı uşaqların sayının dəqiqləşdirilməsi, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin və müəllimlərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər, məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlasınlar, məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında komplektləşdirilməsini təmin etsinlər, məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirsinlər və son olaraq 2017-ci il avqust ayının sonunadək əlavə olunan formalar üzrə məlumatları və görülmüş işlər barədə yazılı hesabatı Nazirliyə göndərsinlər.

 

Əmrdə qeyd edilib ki, məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb ediləcəklər.

 

Müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri məktəbəhazırlıq qruplarının mövcud normativlər əsasında və müəyyən edilmiş say çərçivəsində təşkilini nəzarətdə saxlamalıdırlar.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR