Arktika təmizləndi

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyev Arktikada aparılan təmizlik işlərinə münasibət bildiriblər.

Metbuat.az xəbər verir ki, onlar Aleksandr və Frans İosif torpaqlarına baş çəkərək jurnalistlərlə görüşüb.

Arktikada həyata keçirilən təmizlik işlərinə Rusiya tərəfindən 2,5 milyard rubl ayrılıb. Proqram çərçivəsində 6 arxipelaqdan təxminən 42 min ton tullantı toplanıb.

Qeyd edək ki, Arktikada aparılan təmizlik işləri ozon qatına da təsirsiz ötüşməyəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR