Vitse-prezidentin mühafizəçisi "kef"də tutuldu - BÖYÜK QALMAQAL

Vitse-prezidentin mühafizəçisi "kef"də tutuldu - BÖYÜK QALMAQAL
10:42 6 Aprel 2017
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezident, vitse-prezident və nazirlərin mühafizəsi ilə mşəğul olan Məxfi Xidmətin (Secret Service) əməkdaşı, vitse-prezident Maykl Pensin mühafizəçisi ilə bağlı böyük qalmaqal qopub.

Milli.Az CNN-ə istinadən bildirir ki, onu Merilend ştatındakı hotellərdən birində fahişə ilə tutublar.

Mühafizəçi vəzifə səlahiyyətlərinin icrasından müvəqqəti olaraq kənarlaşdırılıb.

Hotelin inzibatçısı nömrələrdən birindəki "şübhəli aktivlik"lə bağlı polisə zəng vuraraq xəbər verib. Hotelə gəlmiş polislər nömrədən çıxan kişini saxlayıblar. Nömrədə isə fahişə vardı.

Məxfi Xidmətin əməkdaşı həmin gün iş başında olmalı idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR