Hava yolu şirkətində gərginlik

İtaliyanın havo yolları şirkəti "Alitalia"-da gün ərzində reallaşdırılması planlaşdırılan uçuşların 60 faizi ləğv olunub.

Metbuat.az bildirir ki, buna səbəb şirkət əməkdaşlarının tətbiq olunan yeni hərəkət planına etiraz olaraq tətil elan etməsidir. "Alitalia"-nın 2 min əməkdaşının işdən kənarlaşdırılması və mövcud personalın maaşlarından tutulan verginin çoxalması etirazlara səbəb olub. Hələlik işçilərin yalnız 24 saatlıq tətil elan etdikləri deyilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR