Şadlıq evində musiqiçinin başına butulka çırpdılar

Şadlıq evində musiqiçinin başına butulka çırpdılar
10:47 6 Aprel 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda şadlıq evində musiqi qrupu üzvünün başına butulka çırpılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Əhməd Rəcəbli küçəsi "Ordubad" Şadlıq evində sintezatorda musiqi ifa edən 1991-ci il təvəllüdlü Şirinov Rəmzi Ramiz oğlu toyda iştirak edən şəxslə mübahisə edib.

Sərxoş vəziyyətdə olan qonaq (hələlik adı açıqlanmır) R.Şirinovun baş nahiyəsinə şüşə butulkanı çırpıb. Nəticədə R.Şirinovun üz nahiyəsi kəsilib.

R.Şirinov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR