Rusiyada işləyən azərbaycanlılara

Rusiyada işləyən azərbaycanlılar məhsullarını rus bazarlarında daha rahat şəkildə sata biləcəklər.

Metbuat.az xəbər verir ki, Sankt-Peterburqun "Həsən bazarı"nda azərbaycanlı istehsalçılar üçün pulsuz yerlər ayrılmağa başlanılacaq. Bu barədə Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla görüş zamanı bildirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Ruslan Atakişiyev bildirib ki, bu addım kəndlilərin məhsullarını daha yaxşı qiymətə satmaları üçün şərait yaradacaq:

“Son dövrlər Azərbaycanda ixrac potensialını artırmaq məqsədilə müvafiq qurumlar tərəfindən tədbirlər görülür. Avropanın bir sıra ölkələrində, o cümlədən Türkiyə və Rusiyada bununla bağlı işlər aparılır. Həmin ölkələrdə Azərbaycanın kənd təsərrüfatı haqqında informasiylar yayılır, sərgilər təşkil olunur. İqtisadiyyat Nazirliyi tərəfindən ixrac üçün potensialı geniş olan kənd təsərrüfatı məhsullarının üzərində brendləşdirilmə işi həyata keçirilir. Həmin tədbirlər çərçivəsində məhsullar bazarlarda yer alırlar. Bunun nəticəsində kəndliyə məhsulunu satmaq üçün imkanlar yaradılır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR