"Qarabağ" "Arsenal"ı, "Qəbələ" "Çelsi"ni qabaqladı

"Qarabağ" "Arsenal"ı, "Qəbələ" "Çelsi"ni qabaqladı
10:52 6 Aprel 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 405 komandası yer alıb.

2016-cı ilin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan 2 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz "Qarabağ"dı - 155 xalla 55-ci yer. "Ağ-qaralar" "Arsenal", "Lester" (hər ikisi İngiltərə), "Porto" (Portuqaliya), "Zenit" (Rusiya), "Lion" (Fransa) kimi komandaları arxada qoyub. Ötən il 142 xalla 77-ci yerdə olan Qurban Qurbanovun yetirmələri 22 pillə irəliləyib.
 
Daha bir təmsilçimiz "Qəbələ" də ilk "yüzlük"də qərarlaşıb. Roman Qriqorçukun komandası 97-ci pillədə qərarlaşıb - 125 xal. Bu mövqeni "Şkendiya" (Albaniya), "Rusenborq" (Norveç), "Əl-Əhli" (İordaniya) ilə bölüşən "qırmızı-qaralar" "Çelsi" (İngiltərə), "Beşiktaş" (Türkiyə) və "Marsel" (Fransa) kimi məşhurları arxada qoyur.
 
Ötən il 116 xalla 124-cü pilləyə şərik olan "Qəbələ" 27 pillə irəliləyib. Bu, 9 xal qazanmaq sayəsində mümkün olub.
 
2016-cı ilin yanvarında 92 xalla 192-ci yerə şərik olan Bakı "İnter"i isə İFFHS-in siyahısını tərk edib.
 
Cədvələ Kolumbiyanın "Atletiko Nasyonal" klubu başçılıq edir - 383. İspaniya nəhənglərindən "Real" 310 xalla 2-ci, "Barselona" 280 xalla 3-cü yerdədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR