V İslam Həmrəyliyi Oyunları bu ölkədə keçiriləcək

V İslam Həmrəyliyi Oyunları bu ölkədə keçiriləcək
10:54 6 Aprel 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

V İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək ölkə müəyyənləşib. Lent.az-ın Report-a istinadən məlumatına görə, bu barədə qərar Bakıda işə başlayan İslam Həmrəyliyi İdman Federasiyasının XXV Konqresində verilib.
 
Konfrans nümayəndələri növbəti Oyunların 2021-ci ildə Türkiyənin İstanbul şəhərində təşkilinə qərar veriblər. Bununla əlaqədar ölkənin idman naziri Akif Çağatay Kılıç da Azərbaycana gəlib.
 
Oyunların Türkiyənin hansı şəhərində təşkil olunacağına dair rəsmi açıqlamanın mətbuat konfransında veriləcəyi gözlənilir. Jurnalistlərlə görüşdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, onun türkiyəli həmkarı Akif Çağatay Kılıç və İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı şahzadəsi Əbdül Məcid ibn Əbdüləziz Əl Səud qatılacaq.
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda təşkil olunacaq. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR