2 bankın filialları LƏĞV EDİLDİ

2 bankın filialları LƏĞV EDİLDİ
11:12 6 Aprel 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 05 aprel 2017-ci il tarixli qərarına əsasən "Bank VTB" (Azərbaycan) ASC-nin "Azadlıq" və "Sumqayıt" filialları və "NİKOYL İKB" ASC-nin "Masallı" filialına verilmiş icazələr ləğv edilib.

Milli.Az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.

Direktorlar Şurası "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Bank VTB (Azərbaycan) ASC-nin "Azadlıq" filialının 01.08.2014-cü il tarixli №162/9 saylı və "Sumqayıt" filialının 05.11.2014-cü il tarixli №162/13 saylı icazələrini, həmçinin "NİKOYL" İKB ASC-nin "Masallı" filialının 25.06.2014-cü il tarixli 203/19 saylı icazəsini ləğv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR