​BSU-da elmi-metodik seminar keçirildi

Bakı Slavyan Universitetində (BSU) müəllim və tələbələr üçün “Xarici dilin tədrisində qrammatik problemlər” mövzusunda elmi-metodik seminar keçirilib.

Metbuat.az bildirir ki, seminarda Xarici dillər kafedrasının müəllimi Bənövşə İbrahimovanın təqdimatında ingilis dilinin tədrisində müasir interaktiv metodların istifadəsi qaydaları nümayiş olunub. Tədris prosesində müəllimlərin üzləşdiyi mövcud problemlər, onların aradan qaldırılmasının müasir üsulları, dərs prosesinin daha maraqlı etməyin metodları haqqında məlumat verilib.

Xarici dillər kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Babayeva tələbələrlə işin təşkilində hədəfi düzgün seçməyin motivasiyanı qurmağın vacib şərti olduğunu, müəllimdən böyük səbr tələb etdiyini və seminar iştirakçılarına da bu metodun doğru çatdırıldığını vurğulayıb. Kafedranın baş müəllimi Hicran Hüseynova seminarda təqdim olunan ingilis dilinin tədrisi metodikasına yeni elmi yanaşma və metodları yüksək qiymətləndirib. Sonda Bənövşə İbrahimova seminar iştirakçılarının suallarını cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR