Qanunda yaşıllıqların məhvi ilə bağlı dəyişiklik edildi

Qanunda yaşıllıqların məhvi ilə bağlı dəyişiklik edildi
11:14 6 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiq edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində aşağıdakı dəyişiklik edilib: “Müvafiq icra hakimiyyəti orqanı” dedikdə, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur”.

 

 

Qeyd edək ki, 253-1.2.2-ci maddə yaşıllıq sahələrinin məhv edilməsi ilə bağlı cərimələri nəzərdə tutur: Yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR