Dərini canlandırmaq üçün

Havalar isindikcə dəri mütləq qulluq tələb edir. Dəriyə yaxşı qulluğun əsas qaydası dərinin quruluşuna uyğun təmizlik etmək və dərini canlandırmaqdır.

Metbuat.az xəbər verir ki, dərinin təmizlənməsi olduqca vacibdir. Təkcə axşamlar deyil, səhərlər də dəri təmizlənməlidir. Dərini canlandırmaq üçün maska hazırlaya bilərsiniz. Maska üçün 5 ədəd aspirin, bir yemək qaşığı qatıq, ½ yemək qaşığı bala ehtiyacınız var.

Hazırlanmasına gəldikdə, aspirini əzib digər məhsullarla qarışdırın. Qarışımı üzünüzə tətbiq edib, 30 dəqiqə saxlayın. Sonra ilıq su ilə təmizləyin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR