Atası 3 yaşlı uşağa işgəncə verdi, anası öz canının hayında oldu - FOTO

Atası 3 yaşlı uşağa işgəncə verdi, anası öz canının hayında oldu - FOTO
11:37 6 Aprel 2017
165 Dünya
Ölkə mətbuatı
A- A+

Taylandda çəkilən görüntülərin sosial şəbəkədə yayılması polisi hərəkətə keçirib.

Milli.Az "Mirror"a istinadla bildirir ki, görüntülərdə sifətində, kürəyində və bədəninin digər nahiyələrində yaralar olan uşaq əks olunub.

Onu ögey atası döyüb. 

Ort adlı uşağı atası kəmər və çubuqla döyüb, bədəninin müxtəlif nahiyələrində siqaret söndürüb.

Dəhşətli işgəncədən sonra adı açıqlanmayan kişi saxlanılıb. Uşağın anası bildirib ki, o, narkotik istifadəçisidir. Qadın bildirib ki, öz həyatını təhlükəyə atmamaq üçün ərini polisə verməyib.

Qeyd edək ki, hazırda dövlət uşağı öz himayəsinə götürüb.

Milli.Az fotoları təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR