Azərbaycan Premyer Liqası dünyanın ən yaxşıları arasında

Azərbaycan Premyer Liqası dünyanın ən yaxşıları arasında
11:57 6 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının reytinqini açıqlayıb. Fanat.Az xəbər verir ki, siyahıda planetin 80 ən güclü liqası yer alıb.


Azərbaycan Premyer Liqası reytinq cədvəlində sıçrayış edib. Belə ki, çempionatımız 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə yüksəlib. Liqamızın aktivində 450,5 xal var. 


Bu Azərbaycan çempionatı üçün rekord göstəricidi. Belə ki, çempionatımız tarixinin ən yaxşı göstəricisinə imza atıb. 2007-ci ildə 100-cü, bundan bir il sonra 106-cı olan Premyer Liqa 2014-cü ildə 37, 2015-ci ildə 38-ci olmuşdu.

 

Hazırda Azərbaycan birinciliyi Çin, Serbiya, Belarus, Uruqvay kimi nüfuzlu liqaları arxada qoyur.

 

Qeyd edək ki, siyahıda ilk 3 pilləni İspaniya (1277), Kolumbiya (984) və Fransa (938) çempionatları tutur. İlk "onluq"da həmçinin Fransa, Almaniya, Argentina, İngiltərə, Braziliya, İtaliya, Belçika və Türkiyə çempionatları qərarlaşıb. Türkiyə Super Liqası 7 pillə irəliləyərək "onluğ"a daxil olub - 705,5 xal. Rusiya Premyer Liqası 588.5 xalla 20-cidi.


Azərbaycan çempionatı post-sovet məkanında yalnız Rusiya və Ukraynadan geri qalır. Rusiya çempionatı 20-ci yerdə qərarlaşıbsa, Ukrayna birinciliyi 22-ci pilləni turur. Digər post-sovet ölkələrinə gəlincə, Belarus 40, Qazaxıstan 47, Estoniya 52, Moldova 65, Gürcüstan 67, Latviya 74, Litva 75, Özbəkistan isə 78-ci yerləri turur.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-premyer-liqas-dunyann-n-yaxlar-arasnda-t57388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR