Xələf Xələfov Daşkəndə gedir

Xələf Xələfov Daşkəndə gedir
11:57 6 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanı Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.

Aprelin 7-də Daşkənddə keçiriləcək iclas MDB-nin Dövlət və Hökumət başçıları şuralarının iclaslarına əsas hazırlıq mərhələlərindən biridir.

İclasın gündəliyinə 16 sənəd layihəsinin müzakirəsi daxildir.

İştirakçılar, həmçinin regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, ticati-iqtisadi və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/532568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR