Tibbdə unikal yenilik

Əksər elmi ixtiralar bizə xoş sürprizlər vəd edir və həyata daha nikbin baxırıq.

Metbuat.az bildirir ki, laboratoriyada yetişdirilən qan damarları hemodializ xəstəliyindən əziyyət çəkən insanlara çox kömək edə bilər. Xüsusilə, Şimali Karolinada (ABŞ) yerləşən "Humacyte Inc" şirkəti laboratoriyada insan toxumasının hazırlanmasında ciddi uğurlar qazanıb. Bu parçalar hər hansı bir zərər olmadan bədənə implantasiya edilə bilər . Laboratoriyada yetişdirilən qan damarları əsasən böyrək, dializ xəstələri üçün nəzərdə tutulub. Bu yenilik donor hüceyrələrindən istifadə edilməklə həyata keçirilir. Daha sonra damardan "karkas" hüceyrələri təmizlənərək transplantasiyaya hazir olur. Buna görə də, xəstənin immun sistemi onları inkar etmir.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR