Sərbəst güləşçilərimizdən 5 nəfəri ilk beşlikdə

Sərbəst güləşçilərimizdən 5 nəfəri ilk beşlikdə
12:12 6 Aprel 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən 16 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil ola bilib. 

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında 4-cü olub.  

Onluğa daxil digər güləşçilərimiz isə Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) olub. 

57 kq 

12. Mahir Əmiraslanov - Yaşar Doğu turniri 2-ci yer (nr)
14. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (11)

61 kq 

4. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (4)
12. Əli Rəhimzadə - U-23 Avropa çempionatı 3-cü yer (nr)

65 kq 

2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2)
4. Hacı Əliyev - Dünya Kuboku 1-ci yer (5) 
12. Məhəmməd Müslümov - Ukrayna beyn. turniri 3-cü yer (15)
19. Teymur Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr)

70 kq 
14. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 1-ci yer (19)
17. Gitinomaqomed Hacıyev - Ukrayna beyn. turniri 3-cü yer (nr)

74 kq 
2. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (2)

86 kq 
8. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (8)
18. Hacımurad Məhəmmədsəidov - Ukrayna beyn. turniri 1-ci yer (nr)

97 kq 
2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2)
7. Aslanbek Alborov - Yaşar Doğu turniri 1-ci yer (11)

125 kq 

11. Cəmaləddin Məhəmmədov - Dünya Kuboku 3-cü yer (11)

Qeyd:

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR