Premyer Liqanın tərəqqi qrafiki: 8 ildə 73 pillə

Premyer Liqanın tərəqqi qrafiki: 8 ildə 73 pillə
12:17 6 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqası dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında növbəti irəliləyişinə nail olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısında 33-cü olan çempionatımız ən yüksək nəticəsini qazanıb.

2015-ci ildə 38-ci olan liqamız 5 pillə irəliləyib. Həmin vaxt 1 pillə geriləyib, rekord mövqeyi olan 37-ci yeri tutan çempionatımız 2 il əvvəlki nəticəsini də yaxşılaşdırıb.
 
Bununla, çempionatımız ardıcıl 3-cü dəfə ən yaxşı 40, 5-ci dəfə ən yaxşı 50 liqa arasında qərarlaşıb.
 
2007-ci ildə "100-lüy"ə daxil olan, növbəti il oranı tərk edib. 2008-ci ildəki göstərici son 10 ilin ən zəif nəticəsi hesab olunur. Həmin vaxt 106-cı olan çempionatımız 8 il ərzində 73 pillə inkişaf edib.
 

il

yer

2007

100

2008

106

2009

98

2010

86

2011

98

2012

84

2013

43

2014

37

2015

38

2016

33

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR