Canlı yayıma qara pişik girdi

Riqa şəhərinin meri Nil Uşakovun "Birbaşa sual" adlı canlı proqramda verilən sualları cavablandırmasına pişik mane olub.

Metbuat.az bildirir ki, canlı yayım zamanı Uşakovun masasının üstünə böyük qara pişik çıxaraq, onun fincanından su içməyə başlayıb. Mer səbrlə pişiyin getməsini gözləyib. O, daha sonra tamaşaçılardan üzr istəyərək söhbətini davam etdirib.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR