Erməni deputat Sarkisyanın əlindən ABŞ-a qaçmaq istəyir

Erməni deputat Sarkisyanın əlindən ABŞ-a qaçmaq istəyir
12:32 6 Aprel 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni deputat Mqer Sedrakyan son zamanlar depressiyadan əziyyət çəkir və ciddi problemləri var. "Aykakan Jamanak" nəşri xəbər verir ki, çətin günlər yaşayan Sedrakyan ABŞ-a getməyə hazırlaşır.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, hakimiyyətlə yaşadığı problemlərə görə, onun adı seçki siyahısına daxil edilməyib. Deputat, həmçinin Ermənistan Dövlət Kadastr Komitəsinin sədrinin müavini olan oğlunun da deputatlığa namizədliyinin irəli sürülməsini istəyib. Lakin onun bu istəyi nəzərə alınmayıb. Onun bağça direktoru olan qızı işdən çıxmaq üçün ərizə yazıb.

Sedrakyan oğlundan sonra ABŞ-a getmək istəyir.

Məlumata görə, hakimiyyət onun şirkətlərinə qarşı yoxlamalara başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR