Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər

Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər
13:12 6 Aprel 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasına yerləşdirilən partlayıcı qurğu zərərsizləşdirilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə şəhərin Nevsk rayon administrasiyasının rəhbəri Konstantin Serov bildirib. 

"Partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib", - deyə Serov vurğulayıb. 

Ehtimal olunur ki, Sankt-Peterburqda növbəti dəfə partlayış törətmək istəyirlər.

Qeyd edək ki, bir neçə gün öncə Sankt-Peterburqda metroda partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR