"Qəbələ"nin sabiq baş məşqçisi İspaniya klubunda

"Qəbələ"nin sabiq baş məşqçisi İspaniya klubunda
13:22 6 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İspaniyanın "Granada" klubuna idman direktoru təyin olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə "Arsenal"ının sabiq kapitanı "Çuntsin Danqday Lifan"dakı analoji vəzifəsini Çin Super Liqasında mövsümə yekun vurulduqdan sonra bu kluba dəyişib.

Həm İspaniya, həm də Çin təmsilçisinin prezidenti Con Cianqdır. Adams "Granada"nın rəsmi saytına açıqlamasında bildirib ki, məqsədi komandanı ispaniyalı oyunçulardan formalaşdırmaqdır. Bu məqsədlə klubun akademiyasına diqqət artırılacaq, gənc futbolçular heyətə cəlb olunacaq.

Qeyd edək ki, Toni Adams "Qəbələ"də 2010-cu ilin mayından 2011-ci ilin noyabrınadək baş məşqçi, sonradan isə ötən mövsümün sonlarınadək futbol direktoru vəzifələrində çalışıb. "Granada" La Liqada 30 oyundan 20 xalla 19-cu pillədə qərarlaşıb və Sequndaya düşmə təhlükəsi ilə üzləşib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR